Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 08:40
Koronavirus ilə yoluxmanın ilk halları Argentinanın daxilində aşkarlanıb, xəstələnənlərin sayı kəskin artıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata əsasən, virusun yaxın təmasda olan insanlara yerli ötürülməsi aşkar edilib.
Ölkədə çox sayda koronavirus xəstəsi olan ölkələrdən gələnlər üçün məcburi karantin tətbiq edilib:
"Bu gün Çako, Kordoba, Buenos Ayres, Entre Rios vilayətlərində və ölkənin paytaxtında COVID-19 ilə 10 yeni xəstələnmə halı təsdiqlənib. Bunlardan yeddisi insanların son zamanlar risk bölgələrinə getməsi ilə əlaqədardır, üç hal isə koronavirusa yoluxması təsdiqlənən insanlarla sıx təmasda olunmasıdır".
Beləliklə, xəstələnmə hallarının sayı 31-ə yüksəlib, 1 nəfər ölüb.