Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda kafedə 31 yaşlı kişi bıçaqlandı

Bakıda kafedə 31 yaşlı kişi bıçaqlandı

Tarix: 13 Mart 2020 10:36

Bakı. Samir Əli - Trend:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanındakı "Qalaltı" kafesində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü İbrahimov Gəncağa Qələndər oğlu müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Bakıda kafedə yaşlı kişi bıçaqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ