Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hüseyin Altınalan: Qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi əxlaq normalarına tamamilə ziddir

Hüseyin Altınalan: Qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi əxlaq normalarına tamamilə ziddir

Tarix: 13 Mart 2020 13:52

Bakı. Trend:

Qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyini mətbuat müşaviri Hüseyin Altınalan bildirib.

Onun sözlərinə görə, koronavirus Çinin Vuhan şəhərində ilk dəfə ortaya çıxdıqdan sonra dünyanın 118 ölkəsinə yayılıb. Virus Çindən sonra daha çox İran, İtaliya və Cənubi Koreyada yayılıb. Türkiyədə isə yalnız iki nəfərdə aşkarlanıb:

"Virusun yayıldığı ölkələrin ard-arda qorunmaq üçün tədbirlər görməsi fonunda, prezident Donald Tramp da koronavirusun ölkəsinə təsirlərinin ardından ABŞ-dan Avropaya səyahəti qadağan etdi. Ancaq Qərb mətbuatı Avropaya səyahətə gətirilən qadağa ilə əlaqədar xəbərlərində Türkiyəyə aid fotoşəkillərdən istifadə edir. Bu əxlaqsızlıqdır. Halbuki Türkiyə koronavirusa qarşı ən güclü tədbir görən ölkədir.

Türkiyədə yalnız iki yoluxma faktı qeydə alınıb və o xəstələrin ümumi vəziyyəti yaxşıdır. Ancaq buna baxmayaraq qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir. Türkiyənin gün keçdikcə daha da böyüməsini həzm edə bilməyən qlobal güclər bir daha heç bir əxlaq normasını tanımadıqlarını göstərirlər. Qlobal media 3-5 koronavirusa yoluxma faktı olsa az qala Türkiyəni Çin ilə bir tutacaq. Bu yanaşma əxlaq normalarına tamamilə ziddir".


Etiketlər:  Hüseyin Altınalan Qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi əxlaq normalarına tamamilə ziddir


RƏYLƏR