Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2019 14:36
Bakı. Cani Babayeva - Trend:
Aerobika gimnastikası üzrə Bakı keçirilən Avropa çempionatının qızıl medalını qazanmağıma görə çox xoşbəxt və sevincliyəm.
Bunu Trend-ə aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənc gimnastlar arasında fərdi kişi proqramında birinci yerə yüksələn rusiyalı gimnast Anton Kolobov deyib.
Gimnast bildirib: "Həm fiziki, həm mənəvi cəhətdən çətin idi, ancaq mən bacardım. Yarışlar çox gözəl ab-havada keçir, hər şey müsbət enerji ilə doludur. Azarkeşlərin dəstəyi çox kömək oldu, hər tərəfdən alqış səsi gəlir".
İdmançı deyib ki, səfər çərçivəsində Bakıda gəzintiyə də vaxt tapıb: "İçərişəhər yaxınlığında oldum, dəniz kənarında gəzdim. Bakı çox xoşuma gəldi".
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi yarışları davam edir.
Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.
Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin