Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 17:51
Bakı. İlhamə İsabalayeva - Trend:
Koronavirusdan ölən insanların dəfni ilə bağlı heç bir məhdudiyyət yoxdur və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrində heç bir məlumat qeyd edilməyib.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib. O əlavə edib ki, belə şəxslər ölkənin adət-ənənələrinə uyğun dəfn edilə bilərlər.
Onun sözlərinə görə, səhiyyə işçiləri fərdi mühafizə dəstləri ilə təmin edilirlər.
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı əlavə edib ki, gələn həftə Səhiyyə Nazirliyinə növbəti fərdi mühafizə vasitələri təqdim ediləcək.