Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB: Koronavirusdan ölən insanların dəfni ilə bağlı heç bir məhdudiyyət yoxdur

TƏBİB: Koronavirusdan ölən insanların dəfni ilə bağlı heç bir məhdudiyyət yoxdur

Tarix: 13 Mart 2020 17:58

"Koronavirusdan ölən insanların dəfni ilə bağlı heç bir məhdudiyyət yoxdur və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrində heç bir məlumat qeyd edilməyib".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib. O əlavə edib ki, belə şəxslər ölkənin adət-ənənələrinə uyğun dəfn edilə bilərlər.

Onun sözlərinə görə, səhiyyə işçiləri fərdi mühafizə dəstləri ilə təmin edilirlər.

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı əlavə edib ki, gələn həftə Səhiyyə Nazirliyinə növbəti fərdi mühafizə vasitələri təqdim ediləcək.


Etiketlər:  TƏBİB Koronavirusdan ölən insanların dəfni ilə bağlı heç məhdudiyyət yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ