Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 18:04
Bakı. Trend:
Sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 117 ünvanında yerləşən, 1940-60-cı illərdə inşa edilmiş tarixi binanın sökülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, sözügedən ünvanda yerləşən əmlak kompleksi Komitənin İstehsalat və Xidmət Müəssisələri İdarəetmə Mərkəzinin balansındadır.
Əmlak kompleksinin daşınmaz əmlakı 1 ədəd 5 mərtəbəli, 4 ədəd 1 mərtəbəli tikililərdən ibarətdir. Hazırda bina və tikililər istifadəsizdir, binanın sökülməsi nəzərdə tutulmur.