Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun toysuz qoyduğu müğənnilər - SİYAHI

Koronavirusun toysuz qoyduğu müğənnilər - SİYAHI

Tarix: 13 Mart 2020 21:05

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı dünyada COVID-19 koronavirusunu pandemiya elan edib. İnfeksiyanın dünyada sürətlə yayılması bir çox tədbirlərin görülməsinə səbəb olub. Onlardan biri də insanların toplu şəkildə yer ala biləcəyi toy, nişan, və digər mərasimlərdir.

Sonxeber.net xəbər verir ki, axşam.az şou-biznes nümayəndələri arasında sorğu apararaq, onların aylar əvvəl yazılan, toy məclisləri, tədbirləri haqda soruşub. Bəziləri toylarının təxirə düşdüyünü deyib, bəziləri isə hələ belə bir halla qarşılaşmadığını bildirib.

Xalq artisti Aygün Kazımovanın qatılacağı heç bir toy hələ ki, ləğv edilməyib.

Xalq artisti Miri Yusifin toylarında dəyişiklik olub. Prodüseri bildirib ki, dəvətləri ləğv olunmayıb, vaxtları dəyişdirilib.

Xalq artisti Röya Ayxanın indiyənə kimi 6 toyu təxirə düşüb. Bu haqda onun prodüseri məlumat verib. Bu rəqəmin dəyişəcəyi də istisna deyil.

Meyxanaçı Namiq Qaraçuxurlu isə hələ heç bir toyun təxirə düşmədiyini bildirib. İfaçı hətta hazırda Moskvada toy məclisindədir. Amma meyxanaçının İsraildə planlaşdırılan konserti təxirə düşüb. Namiq bildirib ki, konsertin vaxtı dəyişdirilib, alınan biletlər qüvvədədir. Dəqiq tarix isə hələ məlum deyil. Çünki İsrail ölkəyə giriş-çıxışı bağlayıb.

Əməkdar artist Lalə Məmmədova hələ ki, təxirə düşən tədbirinin olmadığını bildirib.

Əməkdar artist Abbas Bağırov da ləğv olunan tədbirlərinin olduğunu bildirib.  

Müğənni Elvin Abdullayev isə apreldə olması planlaşdırılan 3 toyunun təxirə düşdüyünü deyib. Sənətçi bildirib ki, bu hal onu narahat etmir. "Əsas sağlamlıqdır. Təki bu virus yayılmasın" deyə, o, əlavə edib.

Müğənni Ceyhun Əliyev isə bildirib ki, bütün tədbirləri ləğv olunmayıb. Amma bir neçəsinin vaxtı dəyişdirilib. İfaçı tədbirlərinin yay aylarına saxlanıldığını deyib. "Ad günləri var idi ki, onlar olmayacaq. Şükür edirəm ki, koronavirus bizim ölkədə o qədər də çox yayılmayıb" deyə, müğənni söyləyib.

Müğənni Günay İbrahimli də koronavirusa görə qazancından olanlar siyahısındadır. İki ay əvvəl yazılan beşə yaxın toyunun təxirə salındığını deyən günay virusdan qorunduğunu da gizlətməyib. O bildirib ki, maşınında spirt gəzdirir. Kimdənsə pul alırsa, onu spirtləyir.

Müğənni Ayan Babakişiyeva toyların onsuz az olduğundan gileylənib. "Onsuz toy yox idi. Bir-iki tədbirim var idi, onlar da təxirə düşdü. Əsas sağlamlıqıdr" deyə, sənətçi deyib.  

Müğənnilər Sevil və Sevinc Səfərovalar hələ heç bir toyunun təxirə düşmədiyini bildirib. Əkizlər məclislərinin əksəriyyətinin Moskvada olduğunu deyib. Onlar vurğulayıblar ki, Rusiyada virus yayılmayıb: "Burada maska ilə gəzirik. Bizə qəribə baxırlar. Namiq Qaraçuxurlu da əlinə alıb spirti, toyda hamını dezinfeksiya edirdi".

Müğənni Zamiq Hüseynovun da toy məclisi təxirə düşüb. Sənətçi aylar əvvəl ötən gün üçün bütöv toy üçün sifariş alıb. Amma məclis koronavirusa görə gerçəkləşməyib. 


Etiketlər:  Koronavirusun toysuz qoyduğu müğənnilər SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ