Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 21:58
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olundu.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.