Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdan Tbilisiyə hava reysləri dayandırılır

Bakıdan Tbilisiyə hava reysləri dayandırılır

Tarix: 14 Mart 2020 00:12

Bakı. Trend:

Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar, “Buta Airways” aviaşirkəti 14 mart tarixindən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırır.

Aviaşirkətdən Trend-ə verilən məlumata görə, hazırda qərar martın 24-dək qüvvədədir.

Yuxarıda qeyd olunan müddət üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.

Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası ilə əlaqədar, sərnişinlər bütün ləğv olunmuş istiqamətlər üzrə aviabiletləri geri qaytara və ya dəyişdirə, fəaliyyətdə olan istiqamətlər üzrə isə aviabiletləri dəyişdirə bilərlər. Daha ətraflı məlumat, həmçinin biletlərin geri qaytarılması proseduru aviaşirkətin saytında yerləşdirilib: https://www.butaairways.az/az/article/news-13032020


Etiketlər:  Bakıdan Tbilisiyə hava reysləri dayandırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ