Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 12:40
Bakı. Trend:
Gürcüstanda koronavirusa yoluxmuş ilk şəxsin yeni analizlərində infeksiya aşkar edilməyib.
Trend-in məlumatına görə, bunu Gürcüstan İnfeksiya xəstəxanasının rəhbəri Marina Ezuqbaya deyib.
Onun sözlərinə görə, hazırda həkimlər təkrar testin nəticəsini gözləyirlər.
Həkim bildirib ki, ötən gün keçirilmiş test mənfi nəticə verib. Qaydalara əsasən, 24 saat ərzində təkrar test keçirilməlidir.