Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbaxça''dan qələbə, ''Bursaspor'' birinci liqaya düşdü - Son tur

''Fənərbaxça''dan qələbə, ''Bursaspor'' birinci liqaya düşdü - Son tur

Tarix: 26 May 2019 22:20

Türkiyə Superliqasında 2018-2019 mövsümünə yekun vurulub.

Qol.az xəbər verir ki, 34-cü turun son oyun günündə 4 qarşılaşma keçirilib.

"Fənərbaxça" doğma azarkeşləri önündə "Antalyaspor"u məğlub edib - 3:1. Bu qələbədən sonra xallarını 46-ya çatdıran İstanbul təmsilçisi çempionatı 6-cı pillədə bitirib.

Superliqada qalmaq uğrunda mübarizə aparan "Göztəpə" və "Bursaspor" da mövsümü qələbə ilə başa vurub. Bu nəticə birinciləri elitada saxlasa da, Bursa təmsilçisi birinci liqaya düşüb.


26 may

"Fənərbaxça" - "Antalyaspor" - 3:1
Qollar:
M. Zayts, 13 (1:0), M. Erdinc, 33 (1:1), E. Elmas, 69 (2:1), V. Mozes, 90+1

"Göztəpə" - "Ankaragücü" - 2:1
Qollar:
A. Öztürk, 14 (1:0), M. Pazdan, 74 (1:1), D. Kadah, 84 (2:1)

"Kayserispor" - "Ərzurumspor" - 0:2
Qollar:
T. Antalyalı, 12 (0:1), G. Sunu, 43 (0:2)

"Yeni Malatyaspor" - "Bursaspor"- 1:2
Qollar:
Y. Ərdoğan, 4 (0:1), U. Nayir, 20 (0:2), A. Kamara, 61


Qeyd edək ki, "Qalatasaray"ın çempion olduğu mövsümdə "Başakşəhər" gümüş, "Beşiktaş" isə bürünc medallara sahib çıxıb. "Bursaspor"la yanaşı, "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin formasını geyindiyi "Ərzurumspor" və "Akhisar" da Superliqa ilə vidalaşıb.
 


Etiketlər:  Fənərbaxçadan qələbə Bursaspor birinci liqaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ