Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Termometri seçərkən nələrə diqqət etmək lazımdır?

Termometri seçərkən nələrə diqqət etmək lazımdır?

Tarix: 14 Mart 2020 18:20

Koronavirus pandemiyasının yayıldığı bir dövrdə evdə vacib olan tibbi ləvazimatlardan biri də termometrdir. Bəs şəxsi istifadə üçün ən etibarlı istilik ölçən cihaz hansıdır?

Sonxeber.net "Sputnik"ə istinadən bildirir ki, rusiyalı ürək-damar cərrahı və kardioloq Vladimir Xoroşev bununla bağlı öz tövsiyələrini verib.

Onun sözlərinə görə, infraqırmızı istilikölçənin qiyməti nisbətən bahadır.

Mütəxəssis, qiymətinin münasibliyi və qızdırmanı ölçmə dəqiqliyinə görə elektron termometrə üstünlük verməyi tövsiyə edib: "Bəzi insanlar hələ də elektron cihazlara etibar etməyi öyrənməyib. Lakin bu gün üçün ən dəqiqi elə bu cihazlardır".

Bununla belə, həkim ənənəvi civə termometrlərinin də temperaturu dəqiq göstərdiyini deyib: "Ancaq içindəki təhlükəli maddəyə görə onlarla ehtiyatlı davranmaq lazımdır. Civə termometrinə malik olmaq, sadəcə, təhlükəlidir".


Etiketlər:  Termometri seçərkən nələrə diqqət etmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ