Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliyadan Feysbuka iddia: Hər vətəndaşına görə 1,7 milyon dollar

Avstraliyadan Feysbuka iddia: Hər vətəndaşına görə 1,7 milyon dollar

Tarix: 14 Mart 2020 20:36

Feysbuk son vaxtlar fərdi məlumatların oğurlanması hallarına görə, xeyli cərimə ödəmək məcburiyyətində qalıb. Daha bir məhkəmə iddiası isə Avstraliyadan gəlib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Avstraliya ölkənin məxfilik qanunlarını pozduğuna görə, Feysbuka 529 milyard dollarlıq məhkəmə iddiası qaldırıb. Avstraliya Federal Məhkəməsi hələ ki, qərar qəbul etməsə də, ölkə fərdi məlumatları oğurlanan hər vətəndaşı üçün 1,7 milyon dollar tələb edir.

İddiaya görə, Feysbuk 2014-cü ildə "This is your digital life" adlı tətbiqi istifadəyə verərək 311 127 Avstraliya vətəndaşının məlumatlarını ələ keçirib. Tətbiq sahiblərinin bu məlumatları Cambridge Analytica şirkətinə satdıqları bildirilir.

Məhkəmə Avstraliyanın leyhinə qərar versə, Feysbuk 529 milyard dollar cərimə ödəməli olacaq. Bu isə Avstraliyanın aylıq gəlirindən daha çoxdur. Keçən ay ölkə gəlirinin 513,7 milyard dollar olduğu açıqlanıb.


Etiketlər:  Avstraliyadan Feysbuka iddia Hər vətəndaşına görə milyon dollar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ