Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Hərbi Dəniz Qüvvələri yeni lazer silahları ilə təmin olunub

ABŞ-ın Hərbi Dəniz Qüvvələri yeni lazer silahları ilə təmin olunub

Tarix: 14 Mart 2020 21:36

Bütün gəmilər yeni döyüş sistemi ilə təmin olunacaq.

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərdən birinə yeni ODIN (Optical Dazzling Interdictor, Navy) lazer silahı verilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, ODIN sistemi pilotsuz aparatlarla mübarizədə tətbiq olunacaq.

Digər lazer silahlarından fərqli olaraq, sözügedən sistem pilotsuz aparatları tamamən məhv etməyə deyil, oların sensorunu zədələmək məqsədilə yaradılıb. Eyni zamanda, ODIN canlı pilotlarla mübarizədə də tətbiq oluna bilər.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin ilk lazer silahı LaWS (Laser Weapon System) olub. Bu silahın əsasında da yeni sistem olan ODIN hazırlanıb.  

Milli.Az


Etiketlər:  ABŞ ın Hərbi Dəniz Qüvvələri yeni lazer silahları ilə təmin olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ