Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''dan Martines üçün yeni müqavilə

''Barselona''dan Martines üçün yeni müqavilə

Tarix: 15 Mart 2020 15:38

"Barselona" uzun müddətdir transfer etməyə çalışdığı "İnter"in futbolçusu Lautaro Martines üçün hərəkətə keçir.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu 22 yaşlı hücumçu üçün təklif hazırlayıb. İspanlar Martinesə illik 16 milyon funt-sterlinq təklif edir.

Martines bir müddət əvvəl verdiyi açıqlamada, karyerasını "İnter"də davam etdirmək istədiyini bildirmişdi.

Argentinalı futbolçunun "İnter"lə müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 31 oyunda 16 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  Barselonadan Martines üçün yeni müqavilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ