Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 19:32
Türkiyə Superliqasında 25-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, bu günə nəzərdə tutulan iki vacib qarşılaşmadan biri başa çatıb. Liderlərin görüşündə "Trabzonspor" "Başakşehir"i qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
"Trabzonspor" - "Başakşehir" - 1:1
Qollar: Demba Ba, 56 (0:1), Şkrtel, 63-avtoqol (1:1)
Bu nəticədən sonra "Trabzonspor" və "Başakşehir" 53 xalla uyğun olan 1-ci və 2-ci yerləri bölüşür.
Bu gün saat 20:00-da isə daha bir vacib qarşılaşma – “Qalatasaray” – “Beşiktaş” matçı başlayacaq. “Qalatasaray” 25 oyundan 49 xalla 3-cü, “Beşiktaş” 43 xalla 6-cı yeri tutur.
Qeyd edək ki, koronavirus səbəbindən Superliqanın oyunları azarkeşsiz keçirilir.