Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İst” firmasının rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib

“İst” firmasının rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib

Tarix: 16 Mart 2020 12:54

Bakı. İlhamə İsabalayeva - Trend:

Yasamal rayonu, Tbilisi prospektində “İst food” kafesinin tikintisi zamanı bir neçə ağacın kafenin binasının içərisində qalması və quruması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı kafenin daxilində 18 ağacın qaldığı məlum olub.

Araşdırma zamanı ağacların qurumadığı, Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında budandığı və onlara mütəmadi aqrotexniki qulluq göstərildiyi müəyyən edilib.

S.Dərafərinbildirib ki, ərazinin əvvəlki illərdəki kosmik görüntüləri müqayisə olunub və “İst” firmasına məxsus kafenin tikintisi zamanı ağac kəsintisi faktının olmadığı aşkar edilib. Hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması, zədələnməsi hallarına yol verilməməsi üçün “İst” firmasının rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.


Etiketlər:  İst firmasının rəhbərliyinə icrası məcburi olan məcburi göstəriş verilib


RƏYLƏR