Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 13:10
Kriştiano Ronaldonun sahib olduğu otel şəbəkəsi açıqlama yayıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, açıqlamada koronavirusla mübarizə məqsədi ilə otellərin xəstəxanaya çevriləcəyi haqda yayılan xəbərlər təkzib edilib.
“Biz bir otelik. Xəstəxanaya çevrilməyəcəyik. Əvvəlki vaxtlarda olduğu kimi otel olaraq qalacağıq” – deyə açıqlamada bildirilib.
Xatırladaq ki, İspaniyaın “Marca” nəşri "Yuventus"un hücumçusu Kriştiano Ronaldo vətəni Portuqaliyada ona məxsus otelləri koronavirusla mübarizə aparmaq üçün xəstəxanalara çevirməyə hazırlaşdığnı yazıb. Bildirilir ki, həmin xəstəxanalardan pulsuz istifadə etmək mümkün olacaq. Futbolçu orada işləyəcək həkim və işçilərin maaşını da özü verəcək.