Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 13:46
Şayiə qəlp pulu xatırladır, onu saxtakarlar hazırlayır, yayılmasında doğru insanlar da iştirak edir.
Sonxeber.net bildirir ki, bu sözləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib. Baş redaktor son günlər korona virusla bağlı yayılan əsassız xəbərlərə belə reaksiya verib:
"Sosial və ictimai məsuliyyəti olan insanlar şayiənin doğuracağı fəsadları nəzərə almalı, dünyanı təhdid edən "taclı bəla"nın yaratdığı gərginliyin aradan qalxmasına calışmalı, öz missiyalarını doğru - dürüst yerinə yetirməlidirlər. Sosial şəbəkə istifadəçiləri, vətəndaş jurnalistləri qorxunun cəmiyyət ücün ağır fəsadlar törədəcəyinin fərqində olmalı, diqqəti daha cox özünə cəlb etməyi bir kənara qoymalıdırlar. Azərbaycan hökümətinin gördüyü tədbirlər xalqın bu cətinlikdən az itkilərlə cıxmasına, sağlamlığının qorunmasına hesablanıb və ardıcıl şəkildə həyata kecirilir. Xalq bu cətinlikdən birgə, bir - birinə dəstək olmaqla cıxacaq. Dövlət vətəndaşının təhlükəsizliyi, sağlamlığı ücün gərəkən bütün addımları atır, bunun da müsbət nəticələr doğuracağı şübhəsizdir".