Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 15:24
"Çox vaxt adam istəyir ki, yaşadığı eşqi hamı bilsin, bütün ətrafı bilsin. Az da olsa qürürlanım bununla".
Sonxeber.net xəbər verir ki, bu sözləri "Şən bazar"da verilişin aparıcısı Zümrüd Bədəlova deyib.
Verilişin qonağı Oksana Rəsulova Zümrüdün fikri ilə razılaşmadığını bildirib:
"O yaşdan asılıdır e. Müəyyən yaşda... Məsələn, mən artıq istəmirəm. Çünki şəxsi həyatın gündəmi insana problemlərdən, nəzərdən, nəfsdən, xoşbəxt olmayan anlardan başqa heç bir şey gətirmir. Mənə elə gəlir ki, şəxsi həyat gizli qalmalıdır. Lazım deyil onu aşkar eləmək".
Qeyd edək ki, Zümrüd Bədəlova ailəli olub, ayrılıb. Onun bu evlilikdən 10 yaşında qızı var.
Xatırladaq ki, "Hər şey daxil"də qonaq olarkən Tarix Əliyevin (Tolik) "Ailə qurmamışdan qabaq sevgilin olub?" sualına Zümrüd "Ailə qurmamışdan qabaq olub, məktəb illərində olub o" etirafı ilə yadda qalmışdı.
Məhəmməd Vaqif