Tarix: 27 May 2019 11:36
İtaliya A Seriyasında 2018-2019 mövsümünün ən məhsuldar futbolçusu müəyyənləşib.Qol.az xarici KİV-ə istinadən xəbər verir ki, "Sampdoriya"nın hücumçusu Fabio Kualiyarella bütün rəqiblərini qabaqlayıb. Çempionatı 26 qolla başa vuran təcrübəli forvard bombardirlər yarışında birinci olub. O, qollardan 9-zunu penaltidən vurub.
"Milan"dan Kşiştof Piotek və "Atalanta"dan Duvan Sapata 22 qolla 2-3-cü yerləri bölüşdürür. Ötən yay "Real"dan "Yuventus"a keçən Kriştianu Ronaldo isə A Seriyasındakı debüt mövsümünü 21 qolla başa vurub. Portuqaliyalı superulduz bu göstərici ilə bombardirlərin yarışında 4-cü olub.