Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 18:02
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda koronavirusa görə fövqəladə vəziyyət elan ediləcəyi ilə bağlı məlumata münasibət bildirib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, R.Bayramlı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Azərbaycanda koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır.
R.Bayramlı deyib ki, Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsi vəziyyətdən asılıdır. Onun sözlərinə görə, əgər belə bir təhlükə olarsa, dərhal müvafiq qurumlara, hökumətə müraciət ediləcək:
"Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesini nəzarətdə saxlamağımız buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyə elan edib, amma Azərbaycanda vəziyyət elə deyil. Bizdə koronavirusla bağıl intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur".
R.Bayramlı qeyd edib ki, karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır.
Onun sözlərinə görə, ağır halda olan xəstələr Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyytdə olanlar rayonlardakı xəstəxanalardadır.