Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 21:22
Paraqvay məhkəməsi Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo barədə həbs qətimkan tədbirinin dəyişdirilməsini rədd edib.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, sabiq oyunçunun vəkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib. Bunun üçün 1.4 milyon avro məbləğində girov təklif olunsa da, məhkəmə bundan imtina edib.
Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport təqdim edərkən saxlanılıblar. Məhkəmə saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verib.