Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirdəki Azərbaycan səfirliyində ''qaynar xətt'' yaradıldı

Misirdəki Azərbaycan səfirliyində ''qaynar xətt'' yaradıldı

Tarix: 16 Mart 2020 21:54

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımız üçün "qaynar xətt" yaradıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Misirdəki diplomatik missiyamızda bu ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan "qaynar xətt" ( +20 1029490486) yaradılıb.

Misirdə fəaliyyət göstərən diaspor təşkilatı da "qaynar xətt"lə əlaqədar Qahirə universitetlərində təhsil alan tələbələri məlumatlandırıb.


Etiketlər:  Misirdəki Azərbaycan səfirliyində qaynar xətt yaradıldı


RƏYLƏR