Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ərazidə qaz olmayacaq - YENİLƏNİB

Bu ərazidə qaz olmayacaq - YENİLƏNİB

Tarix: 9 Oktyabr 2025 18:22

18:21

Hövsan südçülük sovxozunun qaz təchizatında məhdudiyyət yaranacaq. 

Sonxeber.net xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. 

Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar oktyabrın 10-u, saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq.

----------
09:56

Sumqayıt şəhərinin Corat qəsəbəsində mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 11:00-dan etibarən işlər yekunlaşana qədər Corat qəsəbəsində "Dörd yol" və ətraf ərazilərdə 700 abonentin qaz təchizatı dayandırılacaq.


Etiketlər:  ərazidə olmayacaq YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ