Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rixard Zorgenin Bakıda yaşadığı ev sökülür - FOTO - VİDEO

Rixard Zorgenin Bakıda yaşadığı ev sökülür - FOTO - VİDEO

Tarix: 9 Oktyabr 2025 12:40

Haqqında saysız-hesabsız rəvayətlər dolaşan məşhur sovet kəşfiyyatçısı Rixard Zorge Bakının Sabunçu qəsəbəsində yaşadğı ev sökülür.

Sonxeber.net xəbər verir ki, son günlərdə onun doğulduğu evin fotosu sosial şəbəkələrdə yayılmışdı və evin baxımsız və köhnəlmiş vəziyyətdə olması izləyicilər tərəfindən təəssüf hissi ilə qarşılanmışdı.

Sonxeber.net-ın redaksiyasına Rixard Zorgenin yaşadığı həmin evin hazırda bir nəfər tərəfindən alındığı və söküldüyünü əks etdirən görüntülər daxil olub.

Zorge ailəsi bir neçə il Bakıda yaşadıqdan sonra Almaniyaya Berlinə köç etmişdi. Rixard burada Sabunçunun köhnə küçələrinin birində yerləşən evdə 3 yaşına qədər yaşamışdı. Həmin evin qarşısına rus dilində lövhə vurularaq Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin burada doğulduğu qeyd edilib.

Qeyd edək ki, 1964-cü ildə Sovet İttifaqı onu ölümündən sonra "Sovet İttifaqı Qəhrəmanı" adı ilə təltif etdi. Bakının Nəsimi rayonunda Rixard Zorge parkında onun şərəfinə 1981-ci ildə abidə ucaldılıb. Bürüncdən və qranitdən hazırlanmış bu abidədə onun portreti əks olunub.

Həmin görüntüləri təqdim edirik:

          View this post on Instagram  

 

                 

A post shared by Sonxeber.net.official (@milli.az.official)

Asya


Etiketlər:  Rixard Zorgenin Bakıda yaşadığı sökülür FOTO VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ