Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça''da sürpriz AYRILIQ: ulduz futbolçuya “qapı göstərildi”

''Fənərbağça''da sürpriz AYRILIQ: ulduz futbolçuya “qapı göstərildi”

Tarix: 9 Oktyabr 2025 12:46

Milli fasilədən əvvəl "Samsunspor"la səfər oyunundan 0:0 hesablı bərabərliklə ayrılan və azarkeşlərinin tənqidlərinə tuş gələn "Fənərbağça"da gözlənilməz ayrılıq xəbəri gündəmə düşüb.

Sonxeber.net xəbər verir ki, Super Liqada ardıcıl uğursuz nəticələrdən sonra vəziyyət gərginləşib. 23 oktyabrda "Stuttqart"ı qəbul edəcək "sarı-lacivərtlilər"də bu dəfə ulduz futbolçu Sebastian Simanski ilə bağlı yeni bir qərar müzakirə olunur.

Məlumata görə, Avropanın beş böyük liqasından birində oynamaq arzusunda olan Simanski menecerini dəyişib. Polşa mətbuatı yazır ki, yay transfer dönəmində onunla Fransa klubu "Lion" maraqlanıb, lakin "Fənərbağça"nın prezidenti Ali Koç satışa icazə verməyib.

Yaxşı təklif daxil olacağı halda komandadan ayrılmağı planlaşdıran polşalı futbolçu meneceri Marius Piekarski ilə yollarını ayırıb. Xəbərdə qeyd olunur ki, bu addım Szymanskinin uzun müddətdir arzuladığı "böyük beşlik" liqalardan birinə transfer yolunda atdığı mühüm addım kimi qiymətləndirilir.

Piekarski həmin dövrdə verdiyi açıqlamada klubun futbolçunu satmaq niyyətində olmadığını bildirmişdi:

"Fənərbağça" bizə bir daha təklif göndərilməməsini dedi. Onu on milyonlarla dollara belə satmayacaqlarını vurğuladılar. Çünki o, komanda üçün çox önəmlidir."

İndi isə iddia olunur ki, Simanski Avropanın ən nüfuzlu liqalarından birinə keçidini reallaşdırmaq məqsədilə xarici menecerlik agentliyi ilə əməkdaşlıq etməyə hazırlaşır.

Tural


Etiketlər:  Fənərbağçada sürpriz AYRILIQ ulduz futbolçuya qapı göstərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ