Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2025 17:35
2017-ci ildə lupus müalicəsi üçün böyrəyini dünyaca məşhur müğənni Selena Qomezə bağışlayan aktrisa Fransia Raisa müğənninin toyuna dəvət edilmədiyini açıqlayıb.
Sonxeber.net xəbər verir ki, Raisa bildirib ki, "Hamı orada idi, mən yox idim," lakin bu inciklik iddialarını "şayiə" adlandırıb.
Fransia Raisa əlavə edib:
"Hədiyyə bir xeyirxahlıq idi; əlbəttə ki, minnətdarlığımı gözləmirdim. Selena evlənir və mən onun üçün xoşbəxtəm. O, indi tamamilə fərqli həyat sürür. Mən bunu onun üçün edə bildim və minnətdaram".
Xatırladaq ki, 2017-ci ildə Qomez Raisa üçün , "O, böyrəyini mənə verməklə ən böyük hədiyyə verdi" sözlərini demişdi. Ancaq qısa müddət sonra, Qomez 2022-ci ildə Taylor Swift-i "Yeganə dostum" adlandırdıqdan sonra ikisinin mübahisə etdiyi barədə şayiələr yayılmışdı.