Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həmin sənətkarın üzünə tüpürməyim gəlir”

“Həmin sənətkarın üzünə tüpürməyim gəlir”

Tarix: 9 Oktyabr 2025 17:15

Opera ifaçısı Taleh Yahyayev səsləndirdiyiqalmaqallı fikirlərlə gündəmə gəlib.

Sonxeber.net xəbər verir ki, tanınmış sənətçi veriliş zamanı bayağı musiqiləri və onlara dəstək olan sənət adamlarını sərt tənqid edib.

Taleh Yahyayev bildirib ki, son illərdə efirlərdə səviyyəsiz və mənasız mahnıların çoxalması Azərbaycan mədəniyyəti üçün ciddi təhlükədir:

"Bayağı müğənnilərə dəstək olan bəzi sənətkarlar var. Mən onlara baxanda üzünə tüpürməyim gəlir. Onlar xalqın düşmənidir. Bizim mədəniyyətimizi korlayırlar. Bu cür adamlara dəstək göstərmək olmaz."

İfaçı həmçinin qeyd edib ki, sənət adamı məsuliyyət daşımalıdır və hər çıxışı ilə xalqın zövqünü formalaşdırdığını unutmamalıdır:

"Əsl sənətkarın borcu insanları maarifləndirməkdir, səviyyəni qaldırmaqdır. Amma indi bəzi sənətkarlar efirə çıxıb bayağı mahnıları tərifləyir, onları müdafiə edir. Bu, faciədir."

Yahyayevin bu çıxışı sosial mediada da geniş müzakirələrə səbəb olub. Bir çox izləyici onun fikirləri ilə razılaşaraq, sənətdə keyfiyyət və dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.

Musa


Etiketlər:  Həmin sənətkarın üzünə tüpürməyim gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ