Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metal yağışın yağdığı planet tapıldı

Metal yağışın yağdığı planet tapıldı

Tarix: 17 Mart 2020 08:44

Astronomlar metal yağışın yağdığı planet kəşf ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nature" jurnalının araşdırmasında qeyd olunub.

Belə ki, WASP-76b planetinin gün düşən tərəfində temperatur +2400 C-dən yuxarıdır və bu səbəbdən metal əriməyə başlayır.

Güclü külək ərimiş metalı soyuq kölgəli əraziyə aparır ki, burada metal damcı şəklində yağıntıya çevrilir.

Bildirilir ki, sözügedən planet Yerdən 640 işıq ili məsafəsində yerləşir.

Milli.Az


Etiketlər:  Metal yağışın yağdığı planet tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ