Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA 302 milyon avro tələb edəcək - Avro-2020-ni təxirə salmaq üçün

UEFA 302 milyon avro tələb edəcək - Avro-2020-ni təxirə salmaq üçün

Tarix: 17 Mart 2020 10:30

UEFA Avro-2020-nin təxirə salınması üçün klublardan və liqalardan 275 milyon funt sterlinq (təqribən 302 milyon avro) tələb edəcək.

Qol.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Bildirilib ki, UEFA turniri 2021-ci ildə keçirməyi planlaşdırır. Bu gün qurumun milli federasiyalarla keçirəcəyi videokonfrans zamanı Avropa çempionatı barədə qərar veriləcək.

Turnir təxirə salınacağı təqdirdə, UEFA klublar və liqalardan  275 milyon funt sterlinq almağı düşünür.

Xatırladaq ki, Avro-2020 iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməlidir.

 

 


Etiketlər:  UEFA milyon avro tələb edəcək Avro 2020 təxirə salmaq üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ