Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 12:36
Bakı. Samir Əli - Trend:
Bu vaxta qədər 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) koronavirus şübhəsi ilə yerləşdirilən Azərbaycan vətəndaşlarının heç birində virus aşkar edilməyib.
Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda 9 nəfər stasionar karantin şəraitində saxlanılır:
"Koronavirus xəstəliyi yayılandan bu vaxta qədər mərkəzə 46 nəfər Azərbaycan vətəndaşı gətirilib. Onlardan heç birində koronavirus aşkar edilmədiyi üçün 37-si evə buraxılıb, 9 nəfər isə karantindədir".