Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 13:58
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus təhlükəsi ilə əlaqədar dövlət qurumlarına göndərilən 16 mart 2020-ci il tarixli məktubuna əsasən martın 18-dən etibarən dövlət qulluğuna qəbul olmaq üçün namizədlərlə təyin olunmuş müsahibələr (o cümlədən 12 aprel inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı) təxirə salınır.
Dövlət İmtahan Mərkəzindən Sonxeber.net-a verilən məlumata görə, müsahibələrin və imtahanın keçirilmə vaxtı barədə əlavə məlumat veriləcək.
5, 12, 19 aprel tarixlərinə aid buraxılış imtahanları təxirə salındığına görə əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən Dövlət İmtahan Mərkəzində 2020-ci il martın 17-dən etibarən vətəndaşların qəbulu da dayandırılır.
Vətəndaşların müraciətləri 1653 "Çağrı Mərkəzi" vasitəsilə cavablandırılacaq. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki ("Facebook", "Instagram", "Twitter" "Telegram") hesablarını izləyə bilərlər.