Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR da koronavirusa görə vətəndaş qəbulunu dayandırdı

SOCAR da koronavirusa görə vətəndaş qəbulunu dayandırdı

Tarix: 17 Mart 2020 15:20

Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alaraq, SOCAR-da vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.

SOCAR-dan Sonxeber.net-a verilən məlumata görə, sözü gedən dövr ərzində müraciətlər (012) 521-01-30 telefon nömrəsi vasitəsilə cavablandırılacaqdır. Vətəndaşlar həmçinin SOCAR-ın rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resursda (www.socar.az) təqdim edilən "Email yaz" xidmətindən yararlana bilərlər.


Etiketlər:  SOCAR koronavirusa görə vətəndaş qəbulunu dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ