Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 22:44
Alimlər, canlılar dünyası üçün əhəmiyyətli bir kəşfə imza atdı. İlk dəfə, tənəffüsə ehtiyac duymadan yaşaya bilən bir canlı kəşf edildi. Bu ana qədər məlum olan bütün canlılar hər hansı bir formada nəfəs alaraq enerji təmin edirdilər.
Təl-Əviv Universitetinin araşdırmaçıları əhəmiyyətli bir kəşfi tanıtdılar. Alimlər, Henneguya salminicola adı verilən parazitin, nəfəs almadığını göstərdilər.
Proceedings of the National Academy of Sciences dərgisində nəşr olunan məqaləyə görə Henneguya salminicola adı verilən birhüceyrəli canlıda, tənəffüsə görə cavabdeh olan mitoxondri və ya bənzəri bir organel tapılmır.
Henneguya salminicola adlı hüceyrənin kəşfi, dünya üzərində bir ilki ortaya çıxardı və ilk dəfə tənəffüs etməyən bir canlı kəşf edilmiş oldu.
Təl-Əviv Universitetində təkamül sahəsi üzrə bioloq olaraq çalışan və məqalənin də müəlliflərindən olan Doroti Haxon bu barədə belə deyib: "Toxumalarını, sinir hüceyrələrini, əzələlərini və hər şeyini itirdi. İndi isə tənəffüs etmə qabiliyyətlərini itirdiklərini görürük".
Doroti Haxon genetik kiçilmənin ehtimalla Henneguya salminicola kimi parazitlər üçün mümkün olduğunda sürətli və sıx törəmək üçün böyük bir üstünlük təmin etdiyini söylədi. Henneguya salminicola hüceyrəsinin təkamülləşdiyi miksozoanlar heyvanlar aləmindəki ən kiçik genom quruluşuna sahib canlılardır. Bu kiçik genom quruluşu, bu canlıları olduqca dayanıqlı hala gətirir.