Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 00:00
Ukraynanın məşhur həkimi Yevgeniy Komarovskiy yeni videosunda koronavirus barədə bir neçə vacib məqama özünəməxsus açıqlama verib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkim koronavirusun əksər hallarda evdə də müalicə oluna biləcəyini mümkün hesab edir.
"Çox soruşursuz, xəstəliyin simptomları nədir? Elə bir konkret spesifik simptom yoxdur ki, deyəsən ki, bu məhz koronavirusdur. COVİD 19 virusunun simptomları qarışıqdır. Bəs necə olmalıdır? O da bir virus yoluxmasıdır.
Bir onu deyə bilərək ki, əksər hallarda ev şəraitində müalicə olmaq mümkündür. Bunun üçün özünüzü tam təcrid edirsiz, heç kim yanınzda olmamalıdır.
Otaqları hər gün havalandırın, litlərlə adi maye su için, qızdırma qalxanda parasetamol və ya ibuprofen qəbul edirsiz. Çox yağlı qidalar yeməyin. Yatdığınız otaqda hava təmiz, bir qədər nəm və sərin olmalıdır. Başqa heç nə lazım deyil.
Əgər təngənəfəslik, üzücü quru öskürək, tənəffüsün çətinləşməsi olarsa, qaynar xəttə zəng edib, kömək gözləyin. Bu simptomlarda xəstəxanada müalicə vacibdir.
Bu əlamətlər qripdə, adi pnevmoniyada, infeksiyalarda ola bilər. Hər şeydə koronavirus axtarmayın".