Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MTRŞ koronavirusa görə vətəndaş qəbulunu dayandırır

MTRŞ koronavirusa görə vətəndaş qəbulunu dayandırır

Tarix: 18 Mart 2020 10:09

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Televiziya və Radio Şurası (MTRŞ) koronavirusa görə vətəndaşların qəbulunu dayandırır.

MTRŞ-dan Trend-ə verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatını, həmçinin Azərbaycan Respublikası Baş Nazirinin dövlət qurumlarınının rəhbərlərinə ünvanlandığı 16 mart tarixli məktubunu nəzərə alaraq, Milli Televiziya və Radio Şurasında vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.

Bu dövr ərzində müraciətlər (012) 498-18-82 və (012) 598-50-42 telefon nömrələri vasitəsilə, həmçinin, Şuranın rəsmi elektron poçtu ([email protected]) və Facebook səhifəsi (www.facebook.com/ntrc.gov.az) ilə qəbul olunacaqdır.


Etiketlər:  MTRŞ koronavirusa görə vətəndaş qəbulunu dayandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ