Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 15:28
Bakı. Trend:
Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbs müddətini uzadıb.
Trend-in məlumatına görə, G.Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Əvvəlki həbs cəzaları da nəzərə alınmaqla, onun cəza müddəti 2015-ci ilin avqustundan hesablanacaq.
Gülnarə Kərimova təxminən 174 milyon dollar məbləğində vəsaiti dövlət büdcəsindən mənimsəməkdə təqsirli bilinib.