Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yelo Bank bu dəfə Bakı və Sumqayıtda onlarla ailəni sevindirdi

Yelo Bank bu dəfə Bakı və Sumqayıtda onlarla ailəni sevindirdi

Tarix: 18 Mart 2020 17:36

Bakı. Trend:

Novruz bayramı xeyirxahlıq və birlik rəmzidir. Yelo Bank ailəsi bunu dörd həftə ərzində bir sıra regionda aztəminatlı ailələlərə bayram sovqatı paylamaqla bir daha nümayiş etdirdi.

Ardıcıl olaraq ilk üç çərşənbədə "Lənkəran", "Bərdə" və "Gəncə" filiallarının kollektivləri bu regionlarda yaşayan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Sonuncu olaraq estafeti qəbul edən Bakı və Sumqayıtda fəaliyyət göstərən filialların əməkdaşları da həmkarlarından geri qalmadı. Bu, həm də dost xonçası idi! Belə ki, kollektivimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin #DostXonçası layihəsinə qoşularaq tənha yaşayan ahılları İlaxır çərşənbədə hədiyyəsiz qoymadı. Necə deyərlər, dost payı şirin olar!

Ürəklə və təbəssümlə xidmət etmək üçün dəyişən Yelo Bank yalnız müştərilərinə deyil, hər kəsə təbəssüm bəxş etməkdən məmnundur.


Etiketlər:  Yelo Bank dəfə Bakı Sumqayıtda onlarla ailəni sevindirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ