Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın Səhiyyə Nazirliyi: Hər 10 dəqiqədə 1 nəfər ölür

İranın Səhiyyə Nazirliyi: Hər 10 dəqiqədə 1 nəfər ölür

Tarix: 19 Mart 2020 09:56

Bakı. Elnur Bağışov - Trend:

Son məlumatlara əsasən, İranda yeni koronavirus (COVID-19) nəticəsində hər 10 dəqiqədə bir nəfər ölür.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə, Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur özünün "Twitter" səhifəsində yazıb. Onun sözlərinə görə, bundan əlavə, hər 1 saatda 50 nəfər yeni virusa yoluxur.

Nazirlik rəsmisi bu məlumatların İran vətəndaşları tərəfindən ciddiyə alınmasını vurğulayıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (18 mart) 17 361 nəfərin yeni koronavirusa yoluxduğunu, 1 135 nəfərin öldüyünü, 5 710 nəfərin sağaldığını təsdiqləyib.

Əlavə edək ki, ötən gün İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi İranda hər 1 saatda 43 nəfərin yeni koronavirusa yoluxduğunu, hər 1 saatda 3 nəfərin öldüyünü bildirmişdi.


Etiketlər:  İranın Səhiyyə Nazirliyi Hər dəqiqədə nəfər ölür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ