Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onların büstü qoyuldu

Onların büstü qoyuldu

Tarix: 28 Oktyabr 2025 09:46

AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən Milli Qəhrəmanlar - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevanın xatirəsinə abidə ucaldılıb.

Sonxeber.net xəbər verir ki, Fəxri xiyabanda dəfn olunan bu üç qəhrəmanın məzarları üzərində büstlər qoyulub.

Xatırladaq ki, AZAL-ın "Bakı-Qroznı" istiqamətində hərəkət edən "Embraer 190" tipli sərnişin təyyarəsi ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdı.

Təyyarədə olan 67 sərnişindən 38 nəfər həlak olmuş, 29 nəfər isə sağ qalmışdı. Həlak olanlar arasında iki pilot və bir ekipaj üzvü də var idi, digər iki ekipaj üzvü xilas ola bilmişdi.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, dekabrın 26-sı ölkədə matəm günü elan olunub və qəhrəmanlıq göstərərək həyatını itirən bu şəxslərə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.


Etiketlər:  Onların büstü qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ