Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günel Rza Zərrabla Ebru Gündeşdən danışdı: ''Cəzasını daha tez vaxtda çəkir''

Günel Rza Zərrabla Ebru Gündeşdən danışdı: ''Cəzasını daha tez vaxtda çəkir''

Tarix: 28 Oktyabr 2025 12:25

Müğənni Günel Zeynalova maraqlı açıqlamalar verib.

Sonxeber.net xəbər verir ki, o, iş adamı olan keçmiş nişanlısı Rza Zərrab və Ebru Gündeşdən danışıb.

"İnsanı bağışlamaq çox gözəl şeydir. Bağışlamayanda yükü çiyinlərimdə daşımış kimi hiss edirəm. Özümə niyə əziyyət verim? Əksinə, bağışlayanda qarşı tərəf yanlışının cəzasını daha tez vaxtda çəkir. Nə köhnə nişanlım, nə də Ebru Gündeşlə  bağlı heç bir problemim yoxdur. Demək ki, yaşanmalı idi, oldu və bitdi. Allah məni sevib ki, ayırıb.

2-3 il öncə Şəmkirdə Ebru ilə bizi eyni toy məclisinə dəvət etmişdilər. Mənim üçün problem olmayacağını bildirdim. Ancaq başqa heç kim olmaması tələbini irəli sürmüşdü. Nə isə o toyu da yola verdik. Hər şey bitib, yoluna bax da...".


Etiketlər:  Günel Zərrabla Ebru Gündeşdən danışdı Cəzasını daha vaxtda çəkir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ