Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu şəxslərə ev veriləcək

Azərbaycanda bu şəxslərə ev veriləcək

Tarix: 28 Oktyabr 2025 14:28

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, eləcə də elm və təhsil sahəsində çalışan işçilər üçün Saray qəsəbəsində yeni binaların tikildiyini bildirib.

Sonxeber.net xəbər verir ki, İsa Həbibbəyli bu barədə manset.az-a verdiyi müsahibəsində danışıb.

O, hazırda Saray qəsəbəsində alimlərə veriləcək mənzillərin tikintisinin davam etdiyini və bir neçə binanın artıq hazır olduğunu qeyd edib:

"Təxminən 10 il bundan əvvəl cənab Prezidentin Sərəncamı ilə Akademiyanın alimlərinin və elm-təhsil sahəsində çalışan işçilərin mənzil problemini həll etmək məqsədilə Abşeron rayonu, Saray qəsəbəsində böyük torpaq sahəsi ayrılıb. Həmin ərazidə elm və təhsil işçiləri üçün çoxmərtəbəli yaşayış binalarının inşasına başlanılıb. Artıq birinci və ikinci binalarda tikinti işləri başa çatıb. Mənim rəhbərliyim dövründə isə üçüncü binanın inşası başa çatmaq üzrədir. Bu mənzillər ipoteka qaydalarına uyğun şəkildə təqdim ediləcək".


Etiketlər:  Azərbaycanda şəxslərə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ