Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2025 19:05
"Rəngarəng" verilişində gərgin anlar yaşanıb.
Sonxeber.net xəbər verir ki, proqramın qonağı olan müğənni Aytac Vidadiqızı barədə səsləndirilən şok iddia sənətçinin canlı efiri tərk etməsinə səbəb olub.
proqramda aparıcının təqdim etdiyi zərfdə yazılan iddia oxunduqdan sonra müğənni kəskin reaksiya verib. O, bu iddiaları qəti şəkildə təkzib edərək, studiyanı tərk edib.
Hadisə zamanı Aytac Vidadiqızının əsəbdən tər basdığı və sakitləşməkdə çətinlik çəkdiyi bildirilib. Verilişin aparıcısı vəziyyəti nəzarətə almağa çalışsa da, müğənni qərarından dönməyib.
Aytac Vidadiqızının verilişi niyə tərk etdiyi və zərfdə hansı məlumatın yazıldığı barədə dəqiq məlumat yoxdur.
Musa