Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

Prezident  Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

Tarix: 28 Oktyabr 2025 12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Fırtına Su Sistemləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, "Fırtına Su Sistemləri" MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir.

Qeyd edək ki, müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur.


Etiketlər:  Prezident Sabirabadda filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ