Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2025 16:16
Gəncə Dövlət Universitetinin baş müəllimi dünyasını dəyişib.
Sonxeber.net xəbər verir ki, Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının aparıcı baş müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam və pedaqoq Əbülfət Məhərrəmov vəfat edib.
Məlumat sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Əbülfət Məhərrəmov 32 il ərzində Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında pedaqoji fəaliyyət göstərib və sənətə verdiyi töhfələrlə tanınıb.