Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təranə Qumraldan toyların qadağan edilməsinə reaksiya

Təranə Qumraldan toyların qadağan edilməsinə reaksiya

Tarix: 19 Mart 2020 10:05

Müğənni Təranə Qumral koronavirusdan necə qorunduğunu açıqlayıb.

Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, onun dediyinə görə bütün təhlükəsizlik və gigiyena qaydalarına riayət edir.

"Mən və ailəm bütün qaydalara riayət edirik. Palaza bürün, el ilə sürün. Evdə oturmaq lazımdırsa, evdə otururuq, maska taxmaq lazımdırsa, onu da edirik. Ailəlikcə vitaminli və sağlam qidalarla qidalanırıq. Çalışırıq başqaları ilə az ünsiyyətdə olaq. İçəri girəndə qapının ağzında spirt qoymuşam, içəri girən mütləq əllərini onunla dezinfeksiya edir", - deyə xanım sənətçi bildirib.

Əməkdaşımızın "Musa müəllimi necə qoruyursunuz?" sualına ifaçı belə cavab verib
"Musa müəllim də bizim kimi qorunur. Çalışıram ki, o da bütün qaydalara əməl etsin. Çünki bilir ki, o virusa yoluxsa, evə gələcək və bizi də yoluxduracaq.  Mən və uşaqlar xəstələnə bilərik. Ona görə çalışır ki, o da özünü qorusun".

Daha sonra T.Qumral koronavirus səbəbilə toyların, məclislərin qadağan edilməsindən də danışıb.

"Bu, dövlət tərəfindən qəbul olunan qaydadır. Biz bunun qarşısında heç nə deyə bilmərik. Çünki biz vətənimizi, ölkəmizi çox sevirik. Bu, ölkədaxili olan vəziyyətdir. Qanun hamı üçün qanundur".


Etiketlər:  Təranə Qumraldan toyların qadağan edilməsinə reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ