Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 10:44
Bakı. Trend:
Avstraliya koronavirus epidemiyasının qarşısını almaq məqsədilə xarici vətəndaşlar və ölkədə daim yaşamayan şəxslərin üçün sərhədləri bağlayır.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Skott Morrison elan edib.
O bildirib ki, Avstraliyada qeydə alınan yoluxma hallarının təxminən 80 faizi ölkə xaricində qeydə alınıb.
Qərar martın 20-dən başlayaraq qüvvəyə minəcək.
Qeyd edək ki, bu günədək Avstraliyada koronavirus infeksiyasına 636 yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib.