Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 13:52
Bakı. Trend:
Serbiya koronavirus pandemiyası ilə əlaqədar sərnişin aviadaşımalarını tamamilə dayandırır.
Trend-in məlumatına görə, bunu ölkənin daxili işlər naziri, baş nazirin müavini Neboyşa Stefanoviç deyib.
O bildirib ki, qərar bu gündən qüvvəyə minir. Hava limanlarında reyslər yalnız Serbiya hökumətinin xüsusi icazsə ilə qəbul ediləcək.
Qadağanın nə vaxtadək qüvvədə olacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, bu günədək Serbiyada 97 nəfər koronavirusa yoluxub.